Yan 15, 2018 21:28 Asia/Baku
  • İspaniya baş naziri Kataloniya separatçılarına xəbərdarlıq edib
    İspaniya baş naziri Kataloniya separatçılarına xəbərdarlıq edib

İspaniya baş naziri xəbərdarlıq edib ki, Kataloniya muxtariyyətində separatçılıq hərəkətləri ilə mübarizə aparacaq.

Fars Xəbər Agentliyinin məlumatıan görə, İspaniya baş naziri Mariano Raxoy Kataloniya muxtariyyətinin kənarlaşdırılmış rəhbəri Karlos Puçdemona xəbərdarlıq edib ki, muxtariyyətin destabilləşdirilməsi üçün öz hərəkətlərini davam etdirərsə, Madrid ona nəzarət etmək üçün yenidən hərəkətə keçəcək.

Bundan öncə Kataloniyanın separatçı partiyaları Puçdemonun rəhbərliyi ilə yerli koalisiya hökumətinin təşkili üzrə razılığa gəlmişdilər.

bu iclas bağlı qapılar arxasında keçirilmiş və Puçdemon da iştirak etmişdi.

Kataloniyada yerli seçkiləri 21 sentyabr 2017-ci ildə keçirildi. İspaniyanın mərkəzi hökuməti oktyabr ayı referendumunu qeyri qanuni adlandıraraq bu bölgədə növbədənkənar seçkilərin keçirilməsinə qərar verdi.

Bu seçkilərdə separatçı partiyalar səs çoxluğu ilə yerli parlamentdə 135 yerdən 70-ni əldə etdilər.

İspaniyanın şimal-şərqində yerləşən Kataloniya illərdir bu ölkədən ayrılmağa çalışır.

Teqlər