Yaponiya amerikan vertolyotların Okinavadakı uçuşuna etiraz edib
Yaponiyanın müdafiə nazirliyi ABŞ-ın hərbi vertolyotlarının Okinava adasındakı uçuşuna etiraz edib.
Yaponiyanın müdafiə naziri İtsunori Onodera bu gün müxbirlərə deyib: Amerika dəniz qüvvələrinin üç ədəd vertolyotunun Okinava adasının Ginovan şəhərində yerləşən bir məktəbin üzərində uçmasının ardınca Tokio dərhal öz etirazını Yaponiyada yerləşən amerikan qüvvələrin komandanlığına bildirib.
İtsunori Onodera əlavə edib: Amerika vertolyotları Yaponiyanın məktəblərin üzərində uçmaqdan çəkinməyə dair tələbinə rəğmən, bir daha bu cür uçuşları davam etdirirlər.
Bu məktəb Ginovan şəhərində, ABŞ-ın Futenma hava bazasının kənarında yerləşir.
ABŞ ordusu Futenma hava bazasında onlarla qırıcı yerləşdiribdir ki, bu tipli təyyarələrin süqutu ilə bağlı çoxlu sayda hala görə, yerli sakinlər üçün ciddi nigarançılqlar yaranıbdır.
İndiyədək bu amerikan qırıcıdan bir neçəsi naməlum səbəblər üzündən Yaponiyada süqut edibdir ki, həmin məsələ bu ölkə xalqının nigarançılığının artmasına səbəb olubdur.