Volqada neft boru kəmərində yanğın baş verib
https://azeri.sahartv.ir/news/dünya-i292797-volqada_neft_boru_kəmərində_yanğın_baş_verib
Rusiyanın Saratov vilayətində cümə axşamı gecə neft boru kəmərində yanğın baş verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 19, 2018 06:11 Asia/Baku
  • Volqada neft boru kəmərində yanğın baş verib

Rusiyanın Saratov vilayətində cümə axşamı gecə neft boru kəmərində yanğın baş verib.

Yanğın nəticəsində Volqada bir kəndin əhalisi təxliyə olunub. 

Rusiyanın 2-ci dövlət televiziyası bildirib: Krasnomeiski kəndində üç yolda yerləşən evlər yanıb. 

Yanğın baş verən məkan Volqa çayı yaxınlığındadır. Lakin bu çayın buz bağladığına görə, neft sızması mümkün deyildir. 

Yanğın baş verən Kubişev-Tixoretsk boru kəməri Rusiyanın Transneft Dövlət Şirkətinə bağlıdır. 

Transneft şirkəti direktorlarının bildirdiyinə əsasən, bu boru kəməri vasitəsi ilə neft nəqli dörd gün müddətinə dayandırılıb.