Rusiya Kommunist Partiyası Moskvanın Ümumdünya Ticarət Təşkilatından çıxması ilə bağlı layihə hazırlayıb
https://azeri.sahartv.ir/news/dünya-i292965-rusiya_kommunist_partiyası_moskvanın_Ümumdünya_ticarət_təşkilatından_çıxması_ilə_bağlı_layihə_hazırlayıb
Rusiya Kommunist Partiyası bir layihə hazırlayaraq, bu ölkənin Ümumdünya Ticarət Təşkilatından çıxmasını istəyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 20, 2018 17:38 Asia/Baku
  • Ümumdünya Ticarət Təşkilatı
    Ümumdünya Ticarət Təşkilatı

Rusiya Kommunist Partiyası bir layihə hazırlayaraq, bu ölkənin Ümumdünya Ticarət Təşkilatından çıxmasını istəyib.

TASS informaisya agentliyinin verdiyi məlumata görə, Kommunist Partiyasının hazırladığı layihədə deyilir: Rusiyanın 2012-ci ildə Ümumdünya Ticarət Təşkilatına üzvlüyünü təsdiq edən federal qanun etibarsız elan edilməlidir.

Rusiyanın Kommunist Partiyasının hazırladığı layihədə deyilir: Rusiya Ümumdünya Ticarət Təşkilatına üzvlükdən faydalana bilmir. Hətta, bu məsələ Rusiyanın iqtisadi inkişafına da kömək etməyib.

Layihəni hazırlayanlar bildirirlər ki, Rusiyanın Ümumdünya Ticarət Təşkilatından çıxması Rusiyanın iqtisadi inkişafına heç bir mənfi təsir buraxmayacaq.

Bu layihədə həmçinin deyilir: Rusiya Ümumdünya Ticarət Təşkilatından çıxarsa, üzvlük haqqı ödəməyəcək və bu məbləğə qənaət edilmiş olacaq.

Kommunist Partiyası bu layihəni ABŞ-ın son zamanlar Rusiyanı Ümumdünya Ticarət Təşkilatının qanunlarını pozmaqda ittiham etməsinə reaksiya olaraq hazırlayıb.

Avropa Birliyi də Rusiya əleyhinə Ümumdünya Ticarət Təşkilatına şikayət  və iddia edib ki, Rusiya Avropalı ət istehsalçılarına böyük zərər və ziyan yetirib.