Rusiya, Türkiyə və İran "Suriya Milli Konqresi" iştirakçılarının siyahısını razılaşdırıblar
-
Türkiyə və İran "Suriya Milli Konqresi" iştirakçılarının siyahısını razılaşdırıblar
Rusiya prezidentinin Suriya ilə bağlı xüsusi nümayəndəsi Rusiya, Türkiyə və İran İslam Respublikasının Soçidə keçiriləcək Suriya Milli Konqresinə dəvət olunacaq tərəflərin siyahısı barədə razılığa gəldiklərini deyib.
Suriya Milli Konqresi 29-30 yanvar tarixində Rusiyanın Soçi şəhərində keçiriləcək.
İRİB-nin verdiyi məlumata görə, Aleksandr Lavrentiyev şənbə günü axşam İran İslam Respublikası xarici işlər nazirini siyasi məsələlər üzrə müavini və Astana prosesində İranın baş müzakirəçisi Hüseyn Cabiri Ənsari və Türkiyə xarici işlər nazirinin müavini Sedat Ünalın iştirakı ilə Soçi şəhərində keçirilən üçtərəfli görüşün ardınca deyib: Üçtərəfli Soçi görüşündə Suriya Milli Konqresinin gündəmində duracaq məsələlər barədə fikir mübadilələri aparıldı.
Rusiya prezidentinin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi həmçinin deyib: Moskva qarşıdan gələn 2 gün ərzində İran və Türkiyə ilə Suriya Milli Konqresi barədə bütün məsələləri razılaşdırmağa çalışacaq.