Gürcüstanda dəmiryol tunelində partlayış; 3 yaralı
https://azeri.sahartv.ir/news/dünya-i293111-gürcüstanda_dəmiryol_tunelində_partlayış_3_yaralı
Gürcüstanın Xaraqauli bələdiyyəsinin Bezatubani kəndi yaxınlığında yerləşən dəmir yolu tunelində partlayış baş verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 22, 2018 11:33 Asia/Baku
  • Gürcüstanda dəmiryol tunelində partlayış; 3 yaralı
    Gürcüstanda dəmiryol tunelində partlayış; 3 yaralı

Gürcüstanın Xaraqauli bələdiyyəsinin Bezatubani kəndi yaxınlığında yerləşən dəmir yolu tunelində partlayış baş verib.

Sputnik İnformasiya Agentliyinin məlumatına görə, partlayış nəticəsində tuneldə yaralanan işçilər xəstəxanaya köçürülüb.

Məlumata görə, fəhlələr bir neçə gün öncə aksiya keçirərək bu tuneldə əmək təhlükəsizliyi qanunlarının pozulmasına etiraz etmişdilər.

Məlumatda partlayışın səbəbləri açıqlanmayıb. Lakin bildirilib ki, təhlükəsizlik məmurları hadisə ilə əlaqədar araşdırmalaya başlayıb və əməyin təhlükəsizliyi pozulması üzrə iş açıblar.