Yan 25, 2018 10:30 Asia/Baku
  • Putin Rusiyada məscidlərin sayının artmasını müsbət qarşılayıb
    Putin Rusiyada məscidlərin sayının artmasını müsbət qarşılayıb

Rusiya prezidenti dünən gecə etdiyi çıxışında Rusiyanın Başqırdıstan Muxtar Respublikasında məscidlərin sayının armasını müsbət qarşılayıb.

İRNA-nın verdiyi məlumata görə, Vladimir Putin Başqırdıstan Muxtar Respublikasının paytaxtı Ufada  Rusiyanın baş müftisi Tələt Tacəddin ilə görüşündə 2000-ci ildə bu respublikada sadəcə 16 məscidin mövcud olduğunu indi isə bu rəqəmin 1200-ə çatmasını bildirərək deyib: Bu prosses qaneedicidir. 

Rusiya prezidenti deyib: Rusiyada məscidlərin sayının artması bu ölkədə islamın geniş yayılmasını göstərir. 

Rusiyanın baş müftisinin ofisində baş tutan Görüşdə Vladimir Putin və tələt Tacəddin islam dininin bu ölkəyə daxil olması və yayılmasının tarixi barədə söhbət ediblər. 

Putin Ufanın came məscidinə də baxış keçirib. 

Başqırdıstan Respublikası Rusiyanın müsəlman məntəqələrindən biridir. 146 milyon əhalisi olan Rusiyada 20 milyondan çox müsəlman yaşayır.  

Teqlər