Yan 25, 2018 14:59 Asia/Baku
  • Misir seçkilərində Əssisinin rəqibi kənara qoyulub
    Misir seçkilərində Əssisinin rəqibi kənara qoyulub

Misirdə prezident seçkilərinə namizədlərin biri-birinin ardınca kənarlaşdırılmasının davamında tanınmış siyasətçi Xalid Əli də seçkilərdə namizədliyindən imtina edib.

Əl-Məyadin telekanalının bildirdiyinə görə, Misirdə növbəti prezident seçkilərinə namizəd olan ədliyyə vəkili Xalid Əli dünən axşam seçki qərargahında etdiyi çıxışında namizədliyini geri aldığını bildirib. 

Xalid Əlinin seçki rəqabətlərindən kənarlaşması ilə indiyədək Əssisinin 3 rəqibi kənarlaşmış olur. 

Öncə Misirin keçmiş baş naziri Əhməd Şəfiq Əssisi hökumətinin təzyiqləri altında seçkilərə namizədliyini geri aldı. 

Misir ordusunun baş qərargahının keçmiş rəisi Sami Ənnan isə bəzi qanun pozuntularında ittiham edilərək prezidentliyə namizədlikdən kənara qoyuldu. 

Bütün baş verənləri nəzərə alaraq Birləşmiş Millətlər Təşkilatı Misirdə azad və sağlam seçkilərin keçirilməsinə çağırıb. 

Misirdə prezident seçkiləri 2018-ci il mart ayında keçiriləcək. Bu seçkilərə indiki prezident Əbdül-Fəttah Əssisi də ikinci dəfə olaraq namizəddir. 

Teqlər