Hindistan Kəşmirində 3 nəfər ölüb
Hindistanın təhlükəsizlik qüvvələri ilə Kəşmirdəki silahlı hücumçular arasında baş verən toqquşmada 3 nəfər ölüb.
SəhərOrdu telekanalının verdiyi məlumata görə, Hindistan polisi bildirib ki, dünən iki silahlı hücumçu Kəşmirin Şupiyan bölgəsində Hindistan qüvvələri ilə toqquşmalarda həlak olublar.
Eyni zamanda toqquşmalarda 1 mülki dəhəyatını itirib.
Toqquşmalardan sonra Hindistanın nəzarətində olan Kəşmirdə əhali küçələrə axışıb və mərkəzi hökumətə qarşı şüarlar səsləndiriblər, Hindistan qüvvələrinin aksiyaçıların üzərinə atəş açmaları nəticəsində iki qız uşağı da daxil bir neçə nəfər yaralanıb.
Etirazların kəskinləşməsini görən Hindistan dövləti Kəşmirdə mobil telefonu və internet xidmətlərini kəsib.
Kəşmirdə etirazlar 2016-cı il iyunun 8-də Hizbul-Mücahidinin komandanı Borhan Vaninin qətlə yetirilməsindən sonra başlandı.
Kəşmirdə əhali BMT-nin Təhlükəsizlik Şurasının Kəşmirin taleyinin müəyyənləşməsi üçün qəbul etdiyi qətnamənin icrasını istəyir.