Zaxarova: Suriya böhranının həlli üçün şərait yaranıb
https://azeri.sahartv.ir/news/dünya-i293553-zaxarova_suriya_böhranının_həlli_üçün_şərait_yaranıb
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova dünən öz həftəlik brifinqində deyib ki, İŞİD üzərində qələbədən sonra Suriya böhranının həlli üçün şərait yaranıbdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 26, 2018 07:12 Asia/Baku
  • Zaxarova: Suriya böhranının həlli üçün şərait yaranıb
    Zaxarova: Suriya böhranının həlli üçün şərait yaranıb

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova dünən öz həftəlik brifinqində deyib ki, İŞİD üzərində qələbədən sonra Suriya böhranının həlli üçün şərait yaranıbdır.

Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi bildirib ki, Suriya böhranının həlli üzrə Suriya Milli Dialoqu Konqresi Soçidə keçiriləcək. O, qeyd edib ki, 1600 suriyalı Soçi konqresinə dəvət olunub.

Mariya Zaxarova həmçinin BMT-nin və Rusiyanın bəzi regional və beynəlxalq şəriklərinin nəzarətçi kimi Suriya Milli Dialoqu Konqresinə dəvət olunmalarından xəbər verib.

Suriya Milli Dialoqu Konqresi yanvarın 30-u və 31-də Rusiyanın Soçi şəhərində keçiriləcək.