ABŞ-ın destruktiv addımları Rusiyanı hiddətləndirdi
-
ABŞ-ın destruktiv addımları Rusiyanı hiddətləndirdi
Rusiyanın BMT-dəki nümayəndəsi ABŞ-ın Suriya dövlətinə qarşı destruktiv rəftarlarına etiraz edib.
İRNA-nın məlumatına görə, Rusiyanın BMT-dəki nümayəndəsi Vasili Nebenzya Suriyada kimyəvi silahdan istifadə ilə bağlı araşdırmaların aparılması ilə bağlı ölkəsi tərəfindən hazırlanmış qətnamə layihəsinin ABŞ-ın müxalifəti ilə üzləşməsinə reaksiya olaraq deyib: Amerika dünya ictimaiyyətinin gözləri önündə özünə və həqiqətə xəyanət edir.
Rusiyanın BMT-dəki nümayəndəsi Təhlükəsizlik Şurasının Suriyada kimyəvi silahdan istifadə mövzusunda olan iclasında deyib: Amerika Təhlükəsizlik Şurasının qətnamələrinə və beynəlxalq qanunlara əhəmiyyət vermir.
Suriyada kimyəvi silahdan istifadə ilə bağlı birgə araşdırmaların aparılması prosesi 18 dekabr 2017-ci il tarixində başa çatdı. Amerika və Qərb dövlətləri bu missiyanın müddətinin uzadılmasına çalışsalar da, Təhlükəsizlik Şurasında Rusiyanın 3 dəfə veto haqqından istifadə etməsi ilə, bu missiya durduruldu.
Rusiya bu komitənin peşəkar davranmadığını və öz missiyasında uğursuzluğa uğradığını bildirib.
Bunun ardınca Rusiya alternativ bir layihə təqdim edərək, BMT-nin 1 il müddətinə Suriyada kimyəvi silahdan istifadə üzrə müstəqil araşdırma aparmasını təklif etdi.
Rusiya tərəfindən hazırlanmış qətnamə layihəsi Təhlükəsizlik Şurasının üzvləri arasında paylanılıb və cümə axşamı TŞ-nin iclasında bu layihə araşdırıalcaq.