Netanyahu Rusiyada İrana qarşı ittihamlarını davam etdirib
https://azeri.sahartv.ir/news/dünya-i294047-netanyahu_rusiyada_İrana_qarşı_ittihamlarını_davam_etdirib
Sionist rejimin baş naziri Benyamin Netanyahu Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşdə İranı regionda öz hərbi iştirakını artırmağa çalışmaqda ittiham edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 30, 2018 10:03 Asia/Baku
  • Netanyahu Rusiyada İrana qarşı ittihamlarını davam etdirib
    Netanyahu Rusiyada İrana qarşı ittihamlarını davam etdirib

Sionist rejimin baş naziri Benyamin Netanyahu Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşdə İranı regionda öz hərbi iştirakını artırmağa çalışmaqda ittiham edib.

Netanyahu dünən gecə Putinlə görüşdə İranın regionda öz hərbi iştirakını artırmaq ardınca olduğunu iddia edərək, deyib ki, İran Livan və Suriyanı İsrail rejiminə qarşı böyük bir raket platformasına çevirməyə çalışır.

Sionist rejimin baş naziri Putinlə görüşdən öncə də anti-İran ifadələrində İranın Suriya və Livan xüsusiyyət təşkil etməklə regiondakı nüfuzunun genişlənməsindən nigarançılıq edərək demişdi ki, bu prosesin davam edəcəyi təqdirdə, İsrail rejimi bütün ssenarilərə hazırdır.

Sionist rejimin baş naziri bu rejimin fələstinlilərə, Livana və Suriyaya qarşı hədələrinə, xüsusən sionistlərin ötən bir neçə ildə Suriyada İŞİD terrorçularına dəstək verməsinə işarə etmədən İranı Yaxın Şərqi təhlükəli etməyə səy göstərməkdə ittiham edib.