Fev 04, 2018 10:27 Asia/Baku
  • Guardian: Tereza Meyə pul yəmənli uşaqlardan önəmlidir
    Guardian: Tereza Meyə pul yəmənli uşaqlardan önəmlidir

Guardian qəzeti Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd Bin Salmanın Londona səfəri ərəfəsində şənbə günü bir məqalə yazıb: Ayda Britaniya silahlarının Səudiyyə Ərəbistanına satışından əldə olunan 20 milyon funkt-sterlinq Tereza meyə yəmənli uşaqların canından önəmlidir.

Fars Xəbər Agentliyinin məlumatına görə, Guardian qzəeti bu məqalədə Britaniya hökuməti üçün Ərəbistanın neft dollarlarının yəmənli uşaqların həyatından daha dəyərli olduğunu etiraf edərək baş nazir Tereza Meydən Məhəmməd Bin Salmanla görüşdə onun insan haqları funksiyasına etiraz etməsini istəyib. 

Guardian qəzeti Britaniya silah zavodları üçün Məhəmməd Bin Salmanın avantüralarının gəlir gətirməsini Tereza Meyin səudiyyə vəliəhdi qarşısındakı sükutunun səbəbkarı adlandırıb. 

Qəzet Londonun Yəmən cinayətləri qarşısında mənfəət xarakterli siyasətlərini tənqid edərək Britaniya rəsmilərinə xatırladıb ki, ticarətə görə insan dəyərləri və prinsipləri tapdalanmamalıdır. 

Müxtəlif kütlələr, o cümlədən hüquqşünasların Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd Bin Salmanın Britaniyaya səfərinə etiraz etmələri ilə, bu səfər təxirə salınıb. Halbuki həmin səfər yanvar ayının sonları və fevralın əvvəlində baş tutmalı idi. 

Bu arada şənbə günü Britaniyanın İcmalar Palatasının 7 nümayəndəsi bir məktubu imzalayaraq baş nazir Tereza Meydən Məhəmməd Bin Salmanın Londona səfərini ləğv etməsini istəyib. 

Teqlər