BMT rohinca müsəlmanları haqda xəbərdarlıq etdi
BMT-nin Miqrantların Məsələləri üzrə Ali Komissarlığı Banqladeşdə rohinca müsəlmanlarının düşərgələrində selin baş verməsi ehtimalı haqda xəbərdarlıq edib.
İRNA-nın məlumatına görə, BMT-nin Miqrantların Məsələləri üzrə Ali Komissarlığının Banqladeşdəki ofisinin sözçüsü Andrea Masik deyib: Qeyri-münasib hava şəraiti, o cümlədən potensial tufanlar, Banqladeşdə miqrantların izdihamlı düşərgələrində yaşayan on minlərlə rohinca didərginini ciddi təhlükə ilə üzləşdirə bilər.
Andrea Masik əlavə edib: Sel baş verdiyi halda, düşərgələrdə, o cümlədən səhiyyə mərkəzləri, hamamlar və yollar bağlana və rohinca didərginlərinə yardım etmək üçün düşərgələrə nəqliyyat vasitələrinin getməsi problemlə üzləşə bilər.
Banqladeş hökuməti bildirib ki, BMT-nin nigaranlıqlarını aradan qaldırmaq üçün humanitar qruplarla əməkdaşlıq istiqamətində addım atacaq.