Fev 05, 2018 21:32 Asia/Baku
  • Hollandiyanın Türkiyədəki səfiri geri çağırılıb
    Hollandiyanın Türkiyədəki səfiri geri çağırılıb

Diplomatik ixtilafların şiddətlənməsinin ardınca Hollandiyanın xarici işlər nazirliyi bu ölkənin səfirini Türkiyədən geri çağırıb.

Hollandiyanın xarici işlər nazirliyi bu gün bir bəyanat yayaraq, bu ölkə ilə Türkiyə arasındakı diplomatik ixtilafların həlli üzrə səylərini nəticəsiz adlandırıb və bildirib ki, rəsmi surətdə öz səfirini Ankaradan geri çağırır.

Bu bəyanatda deyilir ki, Hollandiyanın əlaqələrin adiləşdirilməsi üçün həll yolunu tapmaq üzrə Türkiyə ilə son müzakirələri nəticəsiz qalıbdır. Buna görə, Hollandiya dövləti simvolik bir hərəkətdə rəsmən öz səfirini Türkiyədən geri çağırır.

Hollandiyanın xarici işlər nazirliyi həmçinin bu bəyanatda bildirib ki, Amsterdam bundan sonra daha Ankarada səfirə malik olmayacaq. Buna görə, Türkiyə də Hollandiyada yeni səfir təyin etmək icazəsinə malik olmayacaqdır.

Hollandiya-Türkiyə əlaqəsi ötən 2017-ci ildə və Hollandiyanın Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğanın qüdrətinin möhkəmləndirilməsi üzrə referendumun keçirilməsi ərəfəsində türk nazirlərin seçki toplantısının keçirilməsinin qarşısını almasının ardınca böhrana düçar olubdur.

Teqlər