Fev 25, 2018 19:26 Asia/Baku
  • "Hüseyn(ə) kimdir" xeyriyyə müəssisəsi Torontoda ehtiyaclılara yemək paylayıb

"Hüseyn(ə) kimdir" xeyriyyə müəssisəsi Toronto müsəlmanlarının imdad mərkəzinin əməkdaşlığı ilə humanist bir hərəkətdə ehtiyaclıların yeməklə təmin edilməsi kampaniyası həyata keçirib.

İKNA xəbər agentliyinin verdiyi məlumata görə, bu kampaniya çərçivəsində müsəlman könüllülər Qune restoranında ehtiyaclı insanlar arasında yemək paylayıblar.

"Hüseyn(ə) kimdir" kampaniyası beynəlxalq bir kampaniyadır və 2012-ci ildə Londonda yaşayan bir qrup gənc tərəfindən İmam Hüseyn(ə)-ı dünya xalqlarına tanıtdırmaq məqsədi ilə başladılıb. Hazırda dünyanın bir sıra şəhərlərində fəaliyyət göstərir.

Bu kampaniyanın üzvləri sadəcə müsəlmanlar yox, digər dinlərin də davamçılarından ibarətdir.

Teqlər