Lavrov: Terror qrupları Suriyadakı atəşkəsə şamil olmurlar
-
Lavrov: Terror qrupları Suriyadakı atəşkəsə şamil olmurlar
Rusiyanın xarici işlər naziri vurğulayıb ki, Əhrarulşam və Ceyş-ul-İslam terror qrupları Cibhətunnusrə ilə həmkarlığa görə, Suriyadakı atəşkəsə şamil olmurlar.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün deyib ki, Şərqi Vahə-də atəşkəs rus qırıcıların köməyilə terrorçularla mübarizəyə şamil olmur.
Rusiyanın xarici işlər naziri əlavə edib: Suriyada kimyəvi silahlardan istifadə barədə yeni şayiələrin irəli sürülməsində məqsəd, atəşkəs razılaşmasının məhv edilməsidir.
Rusiyanın xarici işlər nazirinin sözlərinə görə, Vaşinqton Suriyanın ərazi bütövlüyünü pozan öz hərəkətləri barədə izahat verməlidir.
BMT Təhlükəsizlik Şurası şənbə günü Suriyada otuzgünlük atəşkəs qətnaməsi qəbul etdi. Bu qətnaməyə əsasən, bütün Suriyada otuz gün müddətinə atəşkəs bərqərar olacaqdır.
Bu qətnamədə İŞİD, Əlqaidə, Cibhətunnusrə və BMT siyahısında adları olan digər terror qrupları atəşkəsdən müstəsna ediliblər.
Belə bir halda, Amerika və onun qərbli müttəfiqləri daim Suriyada terror qruplarının əsas himayədarları olublar.