Britaniyanın İraq və Suriyada hava hücumlarına milyardlıq xərci
https://azeri.sahartv.ir/news/dünya-i297075-britaniyanın_İraq_və_suriyada_hava_hücumlarına_milyardlıq_xərci
Britaniya İraq və Suriyada hava hücumlarına indiyə qədər 1 milyard 600 milyon dollar vəsait xərcləyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 27, 2018 15:46 Asia/Baku
  • Britaniyanın İraq və Suriyada hava hücumlarına milyardlıq xərci
    Britaniyanın İraq və Suriyada hava hücumlarına milyardlıq xərci

Britaniya İraq və Suriyada hava hücumlarına indiyə qədər 1 milyard 600 milyon dollar vəsait xərcləyib.

Russia Todayın məlumatına görə, Britaniyanın PUA Savaşları Qrupu bildirib: Britaniya "İŞİD əleyhinə Koalisiya" çərçivəsində İraq və Suriyada hava hücumlarını həyata keçirmək üçün indiyə qədər bir milyard 600 milyon dollardan çox vəsait xərcləyib.

Britaniyanın PUA Savaşları Qrupunun hesabatında bildirilir: Ötən üç ildə Britaniya pilotları İraq və Suriyada 1700 əməliyyat keçirib və məqsədləri məhv etmək üçün 3545 bomba və raketdən istifadə ediblər.

Bu hesabatda əlavə olunur: Britaniyalı pilotların Suriya və İraqda istifadə etdikləri ən bahalı sursatlar Storm Şadov növlü kruz raketləridir. Onun hər birinin qiyməti təxminən 1 milyon dollardır.