ABŞ, İngiltərə və Fransa Təhlükəsizlik Şurasında uğursuzluqla üzləşdi
https://azeri.sahartv.ir/news/dünya-i297081-abŞ_İngiltərə_və_fransa_təhlükəsizlik_Şurasında_uğursuzluqla_üzləşdi
Rusiyanın BMT-dəki daimi nümayəndəsi Yəmən böhranı haqda İran İslam Respublikası əleyhinə ittihamları tənqid edərək Britaniyanın hazırladığı qətnaməyə veto tətbiq edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 27, 2018 16:46 Asia/Baku
  • ABŞ, İngiltərə və Fransa Təhlükəsizlik Şurasında uğursuzluqla üzləşdi
    ABŞ, İngiltərə və Fransa Təhlükəsizlik Şurasında uğursuzluqla üzləşdi

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Yəmən böhranı haqda İran İslam Respublikası əleyhinə ittihamları tənqid edərək Britaniyanın hazırladığı qətnaməyə veto tətbiq edib.

Rusiya Təhlükəsizlik Şurasının İran əleyhinə qətnaməsinə veto tətbiq edib. ABŞ, İngiltərə və Fransa uğursuzluqla üzləşdi. İngiltərənin müttəfiqləri, xüsusilə ABŞ-la birlikdə İran əleyhinə qətnaməsinin ilkin mətni yenə də Yəmənə silah göndərməkdə İranı suçlaması üçün yetərli faktlar göstərə bilmədi. Rusiyanın BMT-dəki nümayəndəsi deyib: Təhlükəsizlik Şurasının qətnamələri siyasətə uyğun şəkildə tətbiq olunur. Analitiklərin qənaətincə, Birləşmiş Ştatlar hər dəfə yeni seçimlə sadəcə İranı hədəf alır.

Heç nə. Bu, İranın qınanılması üzrə qətnamənin təsdiqlənməsində ABŞ, İngiltərə və Fransanın məsləhətləşməsinin nəticəsi idi. Qətnaməni İngiltərə tənzimləmişdi. Fransa və ABŞ dəstəklədilər. Daha çox Ərəbistanı sinələrinə döydülər. Bundan öncə Tramp iki dəfə Təhlükəsizlik Şurasının üzvlərini Ağ Evə nahar ziyafətinə dəvət etmişdi. Bəlkə, bu qətnamə sonuca varsın.Amma Rusiya veto tətbiq etdi.

Sabiq amerikalı diplomat və Nyu-Yorkda Baroç İnstitutunun rəhbəri Miçel Steyn deyir: Əlbəttə təsdiqlənsəydi belə, yenə də nüvə anlaşması ilə əlaqədar deyildi. İranın raket sınaqları haqda, yaxud Yəməni dəstəkləməsi, hətta İranın Yaxın Şərqdəki fəaliyyətləri haqda Trampın problemləri və nigaranlıqlarının nüvə anlaşmasına aidiyyəti yoxdur.

Əlbəttə ABŞ nüvə anlaşmasının vaxtına yaxınlaşmaqla 2231 saylı qətnamədən başqa funksiyalar istəyir.

BMT Baş katibi Antonio Quterreş deyib: Qarşısı alına biləcək səbəblər nəticəsində hər on dəqiqədə beş yaşdan aşağı bir yəmənli həyatını itirir.  

BMT baş katibi Quterreş deyir ki, hər on dəqiqədə bir yəmənli uşaq dünyasını dəyişir.

Təhlükəsizlik Şurasının plenar və qeyri-plenar on saatlıq iclasının sonu 60 yəmənli uşağın ömrünün sonu idi.

İranın BMT-dəki səfiri cənab Qulaməli Xoşru deyib: Bir ölkəni suçlamaları, bombalayanlara isə şərait yaratmaları heç bir vəchlə Yəmən xalqı və bölgədə sülhün xeyrinə deyildir. Yəmən xalqının ehtiyacı olduğu atəşkəs, humanitar yardımlar, sülh və milli iqtidardır.

Amma görünür, dünya ictimaiyyəti Səudiyyə Ərəbistanı ilə ABŞ tarixinin ən böyük hərbi müqaviləsinə diqqət yetirmir. ABŞ-ın strategiyası sadəcə hər zaman İranın adını Təhlükəsizlik Şurasına gətirməkdir. Hər dəfə bir bəhanə ilə.