Lavrov: Qərbin İranı məhdudlaşdırmaq üzrə səyləri faydasızdır
Rusiya xarici işlər naziri deyib: İran İslam Respublikasını beynəlxalq əlaqələrin qurulması haqqından məhrum etmək faydasızdır.
İTAR TASS-ın verdiyi məlumata görə, Rusiya xarici işlər naziri Sergey Lavrov çərşənbə axşamı Moskvada Fransa xarici işlər naziri Jan İves Le Drian ilə görüşdə deyib: İranın dünya ilə əlaqələrini məhdudlaşdırmaq qeyri-mümkün işdir.
Lavrov deyib: Regionda gərginliyə səbəb olan qüvvələr praktiki olaraq məhduddurlar. Hər şeyin günahını İranın ayağına yazmaq və İrandan öz milli sərhədlərinin daxilində qalması və digər ölkələrdə öz qanuni və haqlı maraqlarını izləməkdən imtina etməsi kimi qeyri-rəsmi istəklər irəli sürmək, ən azı insafsızlıqdır.
Fransanın xarici işlər naziri Jan İv Le Drian dabu görüşdə İranın ballistik raket potensialının artmasının nigaranlıq doğurduğunu və bunun BMT TŞ-nin 2231 saylı qətnaməsinə zidd olduğunu iddia edib.
BMT TŞ-nin 2231 saylı qətnaməsi İrana raket potensialını gücləndirmək üzrə fəaliyyətləri qadağan etmir. Sadəcə İrandan nüvə başlığı daşıya biləcək raketlər istehsal etməməsini istəyir və İran da ümumiyyətlə belə bir təyinat üçün raket istehsal etmir.