Putin: Suriya böhranının həlli toqquşan tərəflərin istəyindən asılıdır
Rusiya prezidenti Vladimir Putin deyib: Suriyada durum mürəkkəbdir və bu böhranın həlli toqquşan tərəflərin problemin həllinə meyilli olmalarından asılıdır.
Rusiya Əlyəum telekanalının verdiyi məlumata görə, Rusiya prezidenti dünən Moskvada Avstriyanın kansleri Sebastian Korts ilə müştərək mətbuat konfransından sonra deyib: Suriya böhranının təbii həll yoluna nail olmaq üçün təşəbbüs göstəririk ki, toqquşma bölgələri, Suriya dövləti ilə digər tərəflər arasında əməkdaşlıq bölgələrinə çevrilsin.
Rusiya prezidenti Suriyanın ərazi bütövlüyünə təkid edərək deyib: Biz siyasi dialoq və Suriyanın konstitusiyasının hazırlanması prossesinin ilkin mərhələsinə keçid üçün səy göstəririk.
Putin həmçinin Minsk razılaşmalarının Ukrayna böhranı üçün əlverişli həll yolu olduğunu vurğulayıb.
Rusiya prezidenti Orta şərqdəki durumun həlli barədə isə bir daha BMT prinsiplərinə və bu təşkilatın terrorizm ilə mübarizədəki öncül roluna sadiq qalınmasını vurğulayıb.
Vladimir putin həmçinin Rusiyaya qarşı sanksiyaların mənasız və ziyanlı olduğunu bildirərək deyib: Bu sanksiyalar sadəcə Rusiyaya deyil Avropa Birliyinədə ziyan vurur.