Mart 01, 2018 15:44 Asia/Baku
  • Seulda Yaponiya səfirliyi önündə aksiya keçirilib
    Seulda Yaponiya səfirliyi önündə aksiya keçirilib

Yaponiyanın Cənubi Koreyadakı səfirliyi cümə axşamı narazı kütlənin etiraz aksiyasının şahidi olub.

Bu etiraz aksiyası müstəqilliyin 99-cu ildönümü şənlikləri ərəfəsində keçirilib. Aksiya iştirakçıları Yaponiyadan müharibə dövründə yol verdiyi vəhşiliklərə görə rəsmən üzr istəməsini və zorakılıqlarının qurbanı olanlara kompensasiya ödəməsini tələb ediblər.

Onlar həmçinin, Cənubi Koreya dövlətindən Yaponiya ilə 2015-ci il anlaşmasını ləğv etməsini istəyiblər. Bu anlaşma müharibə dövründə Yaponiya tərəfindən cinsi istismara məruz qalmış Cənubi Koreyalı qadınların haqq və hüquqlarının təmin edilməsi üzrə 10 ildən artıq davam edən ixtilaflara son qoymuşdu.

Cənubi Koreyalı tələbə Çunq Çul Vu bu etiraz aksiyasında deyib: Yaponiyanın baş naziri Şinzo Abe bir müharibə başladacağını və Koreya Yarımadasını xaosa sürükləyəcəyini deyir. O, yaxşı olar ki, Koreya Yarımadasında sülhün bərqərar edilməsi üçün bu kimi rəftarlarına son qoysun. O, müharibə dövründə cinsi istismara məruz qalmış koreyalı qadınlardan və Cənubi Koreya xalqı olaraq bizdən üzr istəməlidir.

Teqlər