Putin yeni soyuq müharibənin başlanmasını rədd etdi
-
Putin yeni soyuq müharibənin başlanmasını rədd etdi
Rusiya prezidenti Amerika Birləşmiş Ştatlarının bir televiziyası ilə müsahibədə yeni soyuq müharibənin başlanmasını rədd edib.
İRNA-nın məlumatına görə, Rusiya prezidenti Vladimir Putin deyib: Fikrimcə yeni soyuq müharibənin başlandığını söyləyənlər analitik deyillər.
Putin öz illik çıxışında bildirib: Rusiya nüvə potensiallı yeni silahlar istehsal edib. Bu silahların hamısı asanlıqla müdafiə sistemlərindən keçə bilirlər.
Rusiya prezidenti deyib: Böyük qüdrətlər bir-birləri əleyhinə təhdid yaratmaq yerinə terrorçular qarşısında müdafiə üçün səylərini birləşdirməlidirlər.
Bundan öncə ABŞ Müdafiə Nazirliyinin Kadrlar Komissiyasının sabiq sədri və eks-prezident Barak Obamanın dövründə Mərkəzi Kəşfiyyat İdarəsinin rəisi olan Ceremi Buş bildirmişdi ki, Rusiyanın hərəkətə keçdiyinin şahidiyik və bu məsələ yeni soyuq müharibənin baş verməsi ilə nəticələnə bilər.