Putin Rusiyada terror aktlarının azalmasından xəbər verib
https://azeri.sahartv.ir/news/dünya-i297683-putin_rusiyada_terror_aktlarının_azalmasından_xəbər_verib
Rusiya prezidenti ölkəsində terror aktlarının azalmasından razı qaldığını deyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 05, 2018 18:11 Asia/Baku
  • Putin Rusiyada terror aktlarının azalmasından xəbər verib
    Putin Rusiyada terror aktlarının azalmasından xəbər verib

Rusiya prezidenti ölkəsində terror aktlarının azalmasından razı qaldığını deyib.

İTARTAS-ın verdiy məlumata görə, Rusiya prezidenti Vladimir Putin bu gün Rusiya Federal Təhlükəsizlik Təşkilatının üzvləri ilə görüşündə deyib: Son 6 ildə Rusiya terror aktlarının azalmasının şahidi olub. 

Putin RFTT-nin ölkədə terror planlarının zərərsizləşdirilməsindəki səylərini yüksək qiymətləndirib. 

Rusiya prezidenti deyib: 2012-ci ildə terror aktlarının sayı 316, 2014-cüildə isə 84 olub amma ötən il bu rəqəm 25-dən ibarət olmuşdur. 

Putin deyib: 2017-ci ildə Rusiya ərazisində 68 terror aktının qarşısının alınmasından xəbər verib. 

Rusiya 2015-ci ilin ortalarından Suriya dövlətinin rəsmi istəyi əsasında İŞİD və Cəbhətünnüsrə terror qrupları ilə mübarizə aparır və bu əməliyyatlar Rusiyanın terror təhdidlərinə məruz qalmasına səbəb olub.