Moskva Qərbin Dəməşq əleyhinə ittihamına reaksiya verdi
Mart 06, 2018 13:42 Asia/Baku
-
Moskva Qərbin Dəməşq əleyhinə ittihamına reaksiya verdi
Kreml sarayının sözçüsü Qərbin kimyəvi silahlardan istifadə etmək haqda Suriya əleyhinə ittihamlarını qınayıb.
İTAR-TASS-ın məlumatına görə, Dmitri Peskov çərşənbə axşamı günü jurnalistlərə verdiyi açıqlamada deyib: Qərbin təhrikedici hərəkətləri hələ də davam edir və belə əsassız ittihamlar hələ də Suriya rəhbərliyinə qarşı irəli sürülür.
BMT İnsan Haqları Şurası bazar ertəsi günü Suriya hökumətinin bu ölkə vətəndaşlarına qarşı repressiyaları adlandırılan hadisələr haqda araşdırma üzrə müraciəti irəli sürüb.
Peskov bildirib: Suriyada kimyəvi silahlar məhv edilib. Bu məsələni təkcə Rusiya tərəfi deyil, Kimyəvi Silahların Qadağası Təşkilatı da təsdiqləmişdir.
Teqlər