Rusiya hərbi təyyarəsi süqut etdi, 39 nəfər həlak oldu
https://azeri.sahartv.ir/news/dünya-i297843-rusiya_hərbi_təyyarəsi_süqut_etdi_39_nəfər_həlak_oldu
Rusiyanın Müdafiə Nazirliyi çərşənbə axşamı bu ölkənin bir ədəd hərbi yük təyyarəsinin süqut etməsi və təyyarədə olan 39 nəfərin həyatını itirməsindən xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 07, 2018 06:49 Asia/Baku
  • Rusiya hərbi təyyarəsi süqut etdi, 39 nəfər həlak oldu

Rusiyanın Müdafiə Nazirliyi çərşənbə axşamı bu ölkənin bir ədəd hərbi yük təyyarəsinin süqut etməsi və təyyarədə olan 39 nəfərin həyatını itirməsindən xəbər verib.

İRİB-nin verdiyi məlumata görə, Rusiyanın bir ədəd AN yük təyyarəsi çərşənbə axşamı Suriyada, Həmimim hava bazasına enərkən, yerə çırpılıb. 

Rusiyanın Müdafiə Nazirliyi ilkin məlumatda hadisə nəticəsində 32 nəfərin öldüyünü bildirmişdi. 

Rusiyanın Müdafiə Nazirliyi təyyarənin texniki səbəblər üzündən süqut etdiyini bildirib.