Putin: Bir gün gələcək düşmənlərimiz biri-birini udacaqlar
Rusiya prezidenti Vladimir Putin deyib: Rusiya ilə qərb ölkələri arasındakı çaxnaşmalar qərb ölkələrinin təşəbbüslərindən mənşə alır, onlar Rusiyanı məhdudlaşdırmaq və zəiflətməyə cəhd göstərirlər.
APTN-in verdiyi məlumata görə, Vladimir Putin dünən Rusiya dövlət televiziyasına müsahibəsində bu sözləri söyləyib. Rusiya prezidenti 2014-cü ildə Amerikanın təşəbbüslərinin məyusedici ilduğunu deyib, xalq etirazları zamanı Amerikanın Ukrayna prezidentini hakimiyyətdən uzaqlaşdırmasını xatırladıb. Ukraynanın o vaxt fəaliyyətdə olan prezidenti Rusiyanın yaxın dostu hesab olunurdu.
Putin Amerikanı fırıldaqçılıqda ittiham edərək deyib: Amerika bizdən istədi ki, Ukrayna prezidentini etirazçılaraq qarşı repressiv metodlar tətbiq etməməklə razılaşdıraq amma Amerika Rusyanı aldatdı və Ukrayna prezidentinə qarşı dövlət çevrilişinə dəstək verdi.
Ruspya prezidenti deyib: Krım yarımadasının Rusiyaya ilhaq edilməsi və Ukraynanın şərqində isyançıların fəaliyyətini bəhanə edərək Rusiyaya qərb tərəfindən tətbiq edilmiş sanksiyalar Rusiyanı məhdudlaşdırmaq kimi qeyri-qanuni və ədalətsiz cəhdlərin tərkib hissəsidir.
Putin deyib: Bütün bunlara rəğmən uzun perspektivdə Rusiya qalib gələcək, bizə zəhər yedirtmək istəyənlər, bir gün gələcək özləri onu udacaq və zəhərlənəcəklər.
Vladimir Putin Rusiyanın beynəlxalq ictimaiyyətdəki gücünün gün-gündən artması barədə verilən suala cavabda isə deyib: Əgər az imkanlarımızla güclü hərəkət ediriksə bu o deməkdir ki, başqaları pis oyunçudurlar, onlar kifayət qədər güclü deyillər, görünür onların müəyyən nöqsanları var.