Britaniyanın Rusyaya qarşı hərəkətinin səbəbləri
-
Britaniyanın Rusyaya qarşı hərəkətinin səbəbləri
Rusiya Federasiyası Şurasının sədri deyib: Britaniyanın qıcıqlandırıcı hərəkətləri Rusiyada prezident seçkilərini hədəfə alıb.
Rusiyada prezident seçkiləri 18 martda keçiriləcək.
RFŞ-nin sədri Valentina Matviyenko dünən deyib: Britaniyanın təhrikmiz və həyasızcasına hərəkəti zəif ssenari əsasında qurulub və Rusiyada prezident seçkiləri gününün yaxınlaşmasını nəzərə alaraq beynəlxalq ictimaiyyətdə Rusiyaya qarşı mənfi imic formalaşdırmaq məqsədini güdür.
RFŞ sədrinin iqtisadiyyat üzrə müavini Sergey Kalaşnikov da deyib: Qərb Rusiyanın BMT TŞ-dən çıxarılması üçün güclü əməliyyata başlayıb və bu sahədə bütün səviyyələrdə təşəbbüslər həyata keçirilməkdədir.
Britaniya iddia edib ki, keçmiş rus agenti Segey Skripalın qətlə yetirilməsində Rusiya məsuliyyət daşıyır. Britaniya buna görə Moskvaya qarşı müəyyən tədbirlərə başlayıb.