Britaniyanın müdafiə naziri Rusiyanı təhqir edib
-
Britaniyanın müdafiə naziri Rusiyanı təhqir edib
Britaniyanın müdafiə nazirinin Rusiyaya qarşı təhqiramiz bəyanatından sonra iki ölkə əlaqələrindəki gərginlik yeni mərhələyə daxil olub.
Fars xəbər agentliyinin verdiyi məlumata görə, Britaniyanın müdafiə naziri Qavin Vilyamson bu gün Rusiyaya qarşı belə bir ifadədən istifadə edib : " Rusiya səsini kəsməli, itilib yox olmalıdır".
Vilyamson Rusiyanın digər ölkələrdə sosial şəbəkələr vasitəsi ilə və kibernetik fəaliyyətlərlə beynəlxalq qaydaları pozduğunu və bunun dünyada bir çox şirkətlərə ziyan vurduğunu iddia edib.
Rusiya ilə Britaniya arasında yeni çaxnaşmalar rus casus Sergey Skripalın qızı ilə birlikdə Salzberi şəhərində yerləşən bir ticarət mərkəzində huşdan getmiş vəziyyətdə tapılması və xəstəxanaya yerləşdirilməsindən sonra başlandı. Britaniya Skripalın rusiya tərəfindən zəhərləndiyini iddia edir.