Rusiya Ukraynaya xəbərdarlıq edib
https://azeri.sahartv.ir/news/dünya-i298813-rusiya_ukraynaya_xəbərdarlıq_edib
Rusiyanın MDB-dəki nümayəndəsi xəbərdarıq edib ki, əgər Ukrayna Müstəqil Dövlətlər Birliyindən çıxarsa, özünün ən böyük ixracat bazarını itirmiş olacaqdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 16, 2018 13:31 Asia/Baku
  • Rusiya Ukraynaya xəbərdarlıq edib
    Rusiya Ukraynaya xəbərdarlıq edib

Rusiyanın MDB-dəki nümayəndəsi xəbərdarıq edib ki, əgər Ukrayna Müstəqil Dövlətlər Birliyindən çıxarsa, özünün ən böyük ixracat bazarını itirmiş olacaqdır.

Rusiyanın MDB-dəki nümayəndəsi Andrey Şvedov dünən deyib ki, bu birliyə üzv ölkələr Ukrayna üçün ən mühüm ixracat bazarlarıdırlar və bu ölkənin ixracatının, xüsusən maşın avadanlıqları və dəzgahları ixracatının on beş faizindən çoxu məhz bu bazar vasitəsilə həyata keçir.

Şvedov söyləyib: Bu müahidədən çıxmaq, Ukraynanın bu bazarın on beş faizindən çoxunu təşkil edən bir çox fürsəti itirməsinə səbəb olacaqdır.

Ukrayna xarici işlər nazirliyi bu ölkənin MDB-dən çıxması, eləcə də Rusiya ilə dostluq və həmkarlıq müqavilələrinin pozulması üzrə qətnamə layihəsini hazırlayıbdır.

Müstəqil Dövlətlər Birliyi SSRİ-nin 1991-ci il dekabrın 21-də dağılmasından sonra Qazaxıstanın Almatı şəhərində Azərbaycan Respublikası, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Türkmənistan, Özbəkistan və Ukrayna başçıları tərəfindən təşkil edildi.