Mart 21, 2018 17:01 Asia/Baku
  • Mak Keyn Trampı tənqid edib
    Mak Keyn Trampı tənqid edib

Amerikalı senator bu ölkə prezidentini öz rus həmkarını təbrik etməsinə görə tənqid edib.

Respublikaçı senator Con Mak Keyn bu ölkənin prezidenti Donald Trampı prezident seçkilərində qalib gəlməsi münasibətilə öz rus həmkarı Vladimir Putini təbrik etməsinə görə tənqid edib və bildirib ki, Tramp bu hərəkətilə Amerika vətəndaşlarını təhqir edibdir.

Daima Trampın Moskva qarşısındakı mövqelərinin kəskin tənqidçisi olan Mak Keyn Trampa qarşı bu tənqidinin səbəbini, Rusiya vətəndaşlarının azad seçkilərdən məhrum olmaları adlandırıb.

Mak Keyn öz bəyanatında Putini diktator, Rusiya prezident seçkilərini isə saxta və dünya standartları ilə təzadda olan seçkilər adlandırıb.

Vladimir Putin bazargünkü seçkilərdə səslərin 76,6 faizini qazanaraq, dördüncü dəfə Rusiya prezidenti olubdur.

Bu seçkilərdə təqribən 72 milyon nəfəri təşkil edən səsvermə şəraitinə malik şəxslərin 67 faizindən çoxu iştirak edib və seçicilərin böyük əksəriyyəti səkkiz namizəd arasından Putini seçibdir.

Tramp dünən Putinlə telefon danışığında yenidən Rusiya prezidenti seçilməsi münasibətilə onu təbrik edibdir.

Teqlər