Rusiya Yaponiyaya xəbərdarlıq edib
https://azeri.sahartv.ir/news/dünya-i299458-rusiya_yaponiyaya_xəbərdarlıq_edib
Rusiyanın xarici işlər naziri Yaponiya rəsmilərinə Yaponiya ərazisində Amerikanın raket sisteminin yerləşdirilməsi barədə xəbərdarlıq edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 22, 2018 03:55 Asia/Baku
  • Rusiya Yaponiyaya xəbərdarlıq edib
    Rusiya Yaponiyaya xəbərdarlıq edib

Rusiyanın xarici işlər naziri Yaponiya rəsmilərinə Yaponiya ərazisində Amerikanın raket sisteminin yerləşdirilməsi barədə xəbərdarlıq edib.

Əl-Məyadin telekanalının verdiyi məlumata görə, Sergey Lavrov dünən Tokyoda yaponiyalı həmkarı ilə görüşündə deyib: Amerikanın raket müdafiə sisteminin Yaponiyada yerləşdirilməsi Moskva-Tokyo əlaqələrinə mənfi təsir buraxa bilər. 

Dekabr ayında Yaponiya rəsmən bildirdi ki, özünün raket müdafiə sistemlərini genişləndirmək qərarına gəlib və bu istiqamətdə Amerikanın raket sistemlərini öz ərazilərində yerləşdirmək istəyir. 

Yaponiya bunu Şimali Koreyanın raket təhdidlərinin artmasına qarşı həyata keçirdiyini bildirib.