Lavrov: London, əlaqələri çıxılmaz vəziyyətə saldı
https://azeri.sahartv.ir/news/dünya-i299720-lavrov_london_əlaqələri_çıxılmaz_vəziyyətə_saldı
Rusiyanın xarici işlər naziri deyib: Keçmiş rus casusun Britaniyada zəhərlənməsi məsələsində London Moskva ilə əlaqələri çıxılmaz vəziyyətə gətirib-çıxartdı.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 24, 2018 04:33 Asia/Baku
  • Lavrov: London, əlaqələri çıxılmaz vəziyyətə saldı

Rusiyanın xarici işlər naziri deyib: Keçmiş rus casusun Britaniyada zəhərlənməsi məsələsində London Moskva ilə əlaqələri çıxılmaz vəziyyətə gətirib-çıxartdı.

İRNA-nın verdiyi məlumata görə, Sergey Lavrov dünən deyib ki, ölkəsi indiyədək keçmiş rus casus Sergey Skripalın zəhərləndirilməsi barədə Britaniyadan heç bir fakt əldə etməyib. 

Lavrov deyib: Britaniya dövlətinin qarşıya qoyduğu siyasətdə məqsəd Rusiya ilə böhranı maksimum həddə çatdırmaqdır və Britaniya rəhbərləri öz müttəfiqlərini Rusiyaya qarşı dəlicəsinə yönəltməyə cəhd edirlər. 

Kreml sözçüsü də rus casus macərasından sonra Britaniyanın anti-Rusiya hərəkətlərinə münasibət bildirərkən deyib: London Rusiyanın kimyəvi silahlara malik olmadığını qəbul etmək istəmir. 

Dmitri Peskov Britaniyanın bu macərada Rusiyaya qarşı ittihamının axmaqcasına olduğunu deyib. 

Rus casus Sergey Skripalın qızı ilə birlikdə Salzberi şəhjərində zəhərlənməsindən sonra Moskva ilə London əlaqələri gərginləşib. 

Bu hadisədən sonra Britaniya 23 rus diplomatı qovub. 

Rusiya rəsmiləri də buna reaksiya olaraq 23 Britaniya diplomatını ölkədən çıxarıblar.