Rusiya Mərkəzi Afrikaya hərbi məsləhətçi və silah göndərib
Rusiyanın Xarici İşlər Nazirliyi bildirib: Mərkəzi Afrikaya müəyyən miqdarda silah-sursat hədyə edilərək, hərbi təlim üçün bir neçə rus hərbi məsləhətçi də bu ölkəyə göndərilib.
İRNA-nın verdiyi məlumata görə, Rusiyanın XİN informasiya idarəsinin rəis müavini Artyom Kojin bir bəyanatda deyib: Moskva Mərkəzi AFrikanın prezidentinin istəyi əsasında bu ölkəyə silah və hərbçi göndərib.
Kojin deyib: BMT-nin Təhlükəsizlik Şurasının Mərkəzi Afrikadakı xüsusi komitəsi ilə koordinasiya edilərək 5 hərbi məsləhətçi və 170 qeyri-hərbi məşqçi bu ölkəyə göndərilib.
Bəyanatda deyilir: Rusiyanın bu ətşəbbüsü beynəlxalq ictimaiyyətin Mərkəzi Afrikaya bu ölkənin hərbi və təhlükəsizlik infrastrukturunun gücləndirilməsi üçün yardımı məqsədi ilə həyata keçirilib.
Mərkəzi Afrikanın şimal qərb bölgəsi son aylarda yaraqlılar arasında gərgin toqquşmalar meydanına çevrilib və bu müddətdə on minlərlə insan didərgin düşüb.
Mərkəzi Afrikada destabillik və zorakılığa elə bir şəraitdə start verilir ki, on min əsgər və iki min mülkidən ibarət beynəlxalq sülhü mühafizə qüvvələri bu ölkə ordusu və polisinə təhlükəsizliyin təmini üçün kömək edir.