Moskvada Novruz festivalı
-
Moskvada Novruz festivalı
İran da daxil Novruz bayramını qeyd edən ölkələrin iştirakı ilə Moskvada Ümumrusiya Sərgi Mərkəzində (VDNX) Moskva Novruz-2018 ümumşəhər bayramı keçirilib.
Moskva meriyasının milli siyasət və regionlararası əlaqələr Departamentinin təşkilatçılığı ilə keçirilən tədbirdə Rusiyada yaşayan Novruz bayramını qeyd edən xalqların nümayəndələri iştirak ediblər.
VDNX-nın 75 saylı pavilyonunda keçirilən ümümşəhər tədbirində onminlərlə paytaxt sakini iştirak edib. Pavilyonda 17 milli güşə yaradılıb. Novruz bayramını qeyd edən İran İslam Respublikası, Azərbaycan Respublikası, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Dağıstan, Tatarıstan, Başqırdıstan və digər xalqların nümayəndələri tədbirdə öz milli güşələri ilə təmsil olunublar. Adı çəkilən xalqların Rusiyadakı diaspor nümayəndələri pavilyonda öz milli mətbəxlərinin ən yaxşı nümunələrini və "Novruz" atributlarını nümayiş etdiriblər.
Tədbir çərçivəsində Novruz bayramını qeyd edən xalqların nümayəndələri arasında plov müsabiqəsi keçirilib. İran,Azərbaycan, özbəkisan və Tacikistandan olan aşpazlar plov bişirmək üzrə müsabiqədə güclərini sınayıblar. Müxtəlif mətbəxlərə məxsus tonlarla plov bayrama gələn Moskva sakinlərinə təqdim olunub.