Cibutidə ABŞ qırıcısı qəzaya uğradı
https://azeri.sahartv.ir/news/dünya-i300754-cibutidə_abŞ_qırıcısı_qəzaya_uğradı
ABŞ Dəniz Donanmasına məxsus bir ədəd Makdonnel Duqlas AV-8B Harrier II qırıcı təyyarəsi çərşənbə axşamı günü Cibutidə qəzaya uğrayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 04, 2018 04:40 Asia/Baku
  • Cibutidə ABŞ qırıcısı qəzaya uğradı
    Cibutidə ABŞ qırıcısı qəzaya uğradı

ABŞ Dəniz Donanmasına məxsus bir ədəd Makdonnel Duqlas AV-8B Harrier II qırıcı təyyarəsi çərşənbə axşamı günü Cibutidə qəzaya uğrayıb.

İRNA-nın məlumatına görə, ABŞ Müdafiə Nazirliyi Pentaqon bildirib: Bu təyyarənin pilotu hadisədən sağ xilas olub. 

Hələlik təyyarənin qəzaya uğraması səbəbi haqda məlumat verilməyib. 

ABŞ Cibutinin Lemonnier bazasında təxminən 4 min hərbçi yerləşdirib.