Apr 08, 2018 11:00 Asia/Baku
  • Rusiya: Riqqə şəhərinin bombardmanı nəticəsində uçqunlar altında minlərlə cəsəd qalıb

Rusiya Müdafiə Nazirliyi şənbə gecə öz Twitter hesabında Suriyanın şimalında Riqqə şəhəri dağıntılarının peyk kadrlarını yayımlayıb və yazıb: ABŞ-ın başçılıq etdiyi "İŞİD əleyhinə beynəlxalq koalisiya"nın qırıcılarının bombalaması nəticəsində Riqqə şəhəri viran olub və minlərlə cəsəd uçqunlar altında qalıb.

İRNA-nın məlumatına görə, Rusiya Müdafiə Nazirliyi xatırladıb: Havadan çəkilən kadrlar ABŞ-ın başçılıq etdiyi koalisiya qırıcılarının bombalaması nəticəsində Riqqə şəhərinin böyük hissəsinin viran olunduğunu göstərir. 

Rusiya MN bildirib: Riqqə şəhərinin su, elektrik xətləri və tibbi təczhiatı yoxdur və sakinlərin təhlükəsiz qayıdışı üçün şərait yoxdur. 

ABŞ son illərdə terror qruplaşmaları ilə mübarizə bəhanəsi ilə Suriya və İraqda sivilləri hədəf alıb. 

ABŞ koalisiyası 2014-cü il avqust ayından bəri Suriya və İraqda 29 min 225 hava hücumu həyata keçirib. 

Dəməşq dəfələrlə BMT baş katibi və Təhlükəsizlik Şurasının sədrinə məktub ünvanlayaraq ABŞ koalisiyasının Suriyadakı cinayətlərinə son qoyulmasını istəyib. 

Teqlər