Lavrov: Duma kimyəvi hadisəsi saxtadır
Rusiyanın xarici işlər naziri Suriyanın Duma şəhərindəki kimyəvi hadisəni saxta adlandırıbdır.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün bildirib ki, Suriyanın Duma şəhərindəki kimyəvi hadisə saxtadır və bu şəhərdə kimyəvi silahın işlədilməsi barədə heç bir əsər-əlamət tapılmayıbdır.
Lavrovun sözlərinə görə, bu macəranın səhnələşdirilməsində dünyada rusofobiyanın ön sırada durmasını istəyən bir xarici ölkənin kəşfiyyat xidməti iştirak edibdir.
Rusiyanın xarici işlər naziri həmçinin Duma şəhəri hadisəsi barədə problemlərin həlli üçün beynəlxalq təhqiqatların vacibliyini vurğulayıb və belə əlavə edib: Rusiyanın və Suriya dövlətinin təzyiqləri altında kimyəvi silahları qadağan edən təşkilat öz ekspertlərindən bir qrupunu təhqiqat aparmaq üçün Duma şəhərinə göndəribdir.
Şərqi Qutənin Duma məntəqəsində yerləşən Ceyşulislam terrorçuları şənbə günü gecə rəsmi Dəməşqi bu məntəqəyə qarşı kimyəvi hücumda və onlarla nəfəri öldürməkdə ittiham etdilər. Suriya dövləti bu ittihamı qətiyyətlə rədd edibdir.
Amerika və onunla müttəfiq olan bəzi ölkələr mötəbər sənədlərə malik olmadan bu məsələdən istifadə edərək, Suriya dövlətini həmin hücumda ittiham etdilər.