Apr 13, 2018 21:32 Asia/Baku
  • Pakistanda anti-Amerika aksiyası
    Pakistanda anti-Amerika aksiyası

Pakistan xalqı bu ölkədə amerikalı diplomat tərəfindən bir Pakistan vətəndaşının öldürülməsinə etiraz olaraq, paytaxt İslamabadda aksiya keçiribdir.

Pakistanlı aksiyaçılar bu gün anti-Amerika şüarları verərək, amerikalı diplomatın İslamabaddakı cinayətini pisləyiblər.

Pakistanlı aksiyaçılar həmçinin bu amerikalı diplomatın mühakimə olunmasını istəyiblər.

Pakistandakı amerikalı diplomat Cozef Emmanuel Hall şənbə günü İslamabadda öz avtomobili ilə iki pakistanlı gənci basdı ki, bu hadisə həmin gənclərdən birinin ölməsi, digərinin isə yaralanması ilə nəticələndi. Yaralı gəncin durumu ağır elan olunubdur.

Pakistanın xarici işlər nazirliyi bazar günü ABŞ-ın bu ölkədəki səfiri David Hili çağırtdıraraq, rəsmi İslamabadın etirazını ona bəyan etdi.

Amerikalı diplomatların qanunsuz rəftarları Pakistanda uzun bir keçmişə malikdir. Bu qəbildən, amerikalı diplomat Rimend Divasın 2011-ci ildə atəş açması nəticəsində Pakistanın Lahor şəhərində iki pakistanlı gənc həyatını itirdi.

Teqlər