Apr 17, 2018 14:13 Asia/Baku
  • Seul və Pxenyan aralarındakı hərbi münaqişəyə son qoymağa çalışırlar
    Seul və Pxenyan aralarındakı hərbi münaqişəyə son qoymağa çalışırlar

Bir Cənubi Koreya rəsmisi iki Koreya başçılarının qarşıdakı danışıqlarında Koreya yarımadasındakı hərbi münaqişəyə son qoyulması ehtimalının güclənməsindən xəbər verib.

Cənubi Koreyada çıxan "Munhva İlbo" qəzetinin məlumatına görə, adının gizli qalmasını istəyən bu Seul rəsmisi deyib ki, iki tərəf on gündən sonra Cənubi Koreyanın sərhəd Panmuncom kəndində keçirilməli olan iki ölkə başçılarının danışıqlarının müştərək bəyanatında Koreya yarımadasındakı hərbi münaqişəyə son qoymaq niyyətindədir.

Teqlər