Rusiya Dumada iddia olunan hücum haqda qeyri-real kadrların yayılmasını tənqid edib
-
Rusiya Dumada iddia olunan hücum haqda qeyri-real kadrların yayılmasını tənqid edib
Rusiyanın Kimyəvi Silahlara Qadağa Təşkilatındakı nümayəndəsi Suriyanın Duma şəhərində iddia olunan kimyəvi hücumla bağlı qeyri-real kadrların yayılmasını tənqid edib.
İRİB-in məlumatına görə, Rusiyanın Kimyəvi Silahlara Qadağa Təşkilatındakı nümayəndəsi Aleksandr Şulqin bildirib: Ağ papaqlıların (xilasedici uniformasındakı terrorçular) Dumada kimyəvi hücumun baş verməsi haqda video kadrları yalan şoudur.
Aleksandr Şulqin əlavə edib: Qərb ölkələri Kütləvi İnformasiya Vasitələrinin 2018-ci il 7 apreldə Duma şəhərindəki hadisələrlə bağlı video kadrları heç bir vəchlə reallığı əks etdirmir.
ABŞ, Fransa və Britaniya ilə birlikdə 14 aprel 2018-ci ildə Dəməşqin ətrafında Duma şəhərində kimyəvi hücum bəhanəsi və Suriya hökumətini bu iddia olunan hücumda suçlamaqla BMT Təhlükəsizlik Şurasının icazəsi olmadan bu ölkəyə hərbi hücum etdi.
Suriya hökuməti bu ittihamı ciddi şəkildə rədd edərək beynəlxalq müstəqil faktaraşdırıcı komitənin məsələni araşdırmaq üçün ezam olunmasını istədi.
ABŞ və müttəfiqləri Suriyada terrorçuların məğlubiyyətindən çox nigarandırlar.
Suriyada böhran 2011-ci ildən region proseslərini sionist rejimin xeyrinə dəyişmək məqsədilə Səudiyyə Ərəbistanı, ABŞ və müttəfiqləri, o cümlədən Britaniya və Fransanın dəstəklədiyi terror qruplaşmalarının irimiqyaslı hücumları ilə başlanıb.