İİR, Rusiya və Türkiyə xarici işlər nazirlərinin birgə bəyanatı
https://azeri.sahartv.ir/news/dünya-i304700-İİr_rusiya_və_türkiyə_xarici_işlər_nazirlərinin_birgə_bəyanatı
İran, Rusiya və Türkiyənin xarici işlər nazirləri Moskva iclasının sonunda birgə bəyanat yayaraq, Suriyanın ərazi bütövlüyü, suverenliyi və istiqlaliyyətinin qorunması vacibliyini vurğulayıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 28, 2018 14:24 Asia/Baku
  • İİR, Rusiya və Türkiyə xarici işlər nazirlərinin birgə bəyanatı
    İİR, Rusiya və Türkiyə xarici işlər nazirlərinin birgə bəyanatı

İran, Rusiya və Türkiyənin xarici işlər nazirləri Moskva iclasının sonunda birgə bəyanat yayaraq, Suriyanın ərazi bütövlüyü, suverenliyi və istiqlaliyyətinin qorunması vacibliyini vurğulayıblar.

İran, Rusiya və Türkiyənin xarici işlər nazirləri Suriyada atəşkəs rejiminə riayətə zəmanətçi ölkələr kimi bu gün Moskvada özlərinin ikinci iclaslarını keçiriblər.

Üç ölkənin xarici işlər nazirləri razılığa gəliblər ki, Astana formatının çoxtəbəqəli mexanizmlərindən tam şəkildə istifadə ilə və BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsində cızılmış perspektivə əsasən, Suriyada davamlı siyasi həll yoluna nailolmanın asanlaşdırılması üzrə birgə səylərini artırsınlar.

Astana iclaslarının Suriya böhranı barədə yeganə faydalı beynəlxalq addım olduğunun vurğulandığı bəyanatda həmçinin bildirilibdir ki, Suriya barədə növbəti beynəlxalq yığıncaq itkinlərin aşkar edilmələri, cəsədlərin təhvil verilmələri, oğurlanmış və həbs olunmuş şəxslərin azad edilmələri üzrə işçi qrupunun ikinci iclası ilə bir vaxtda 2018-ci ilin mayında Qazaxıstanın paytaxtı Astanada keçiriləcək. 

Bəyanatın davamında Suriyada kimyəvi silahın işlədilməsi pislənərək,Suriyanın suverenliyi və ərazi bütövlüyü, həmçinin qonşu ölkələrin milli təhlükəsizliklərinin zəiflədilməsinin ardınca olan gündəmlərlə mübarizəyə təkid olunubdur.