Rusiya nüvə sazişinin qorunmasının əhəmiyyətini vurğulayıb
https://azeri.sahartv.ir/news/dünya-i304786-rusiya_nüvə_sazişinin_qorunmasının_əhəmiyyətini_vurğulayıb
Rusiya prezidentinin sözçüsü Əhatəli Müştərək Təşəbbüs Proqramının qorunmasına dair Moskvanın movqeyini vurğulayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 29, 2018 14:42 Asia/Baku
  • Rusiya nüvə sazişinin qorunmasının əhəmiyyətini vurğulayıb

Rusiya prezidentinin sözçüsü Əhatəli Müştərək Təşəbbüs Proqramının qorunmasına dair Moskvanın movqeyini vurğulayıb.

İRNA-nın məlumatına görə, Rusiya prezidentinin sözçüsü Dmitri Peskov jurnalistlərə verdiyi açıqlamada "Avropalı şəriklərimizin nüvə sazişinin qorunmasının vacibliyinə inandıqlarından xəbərimiz var" deyərək bir daha bildirib: Nüvə anlaşması pozula bilməz. Belə olmadığı halda təmaslar və danışıqların davam etdirilməsinə heç bir şərait qalmayacaq. 

Dmitri Peskov bu beynəlxalq sazişin çox sıx səylər nəticəsində əldə olunduğunu bildirərək deyib: Elə buna görə, nüvə sazişini davam etdirmək və yaxud onun ətrafındakı məsələləri təkmilləşdirmək sazişə əsaslanmalıdır. 

Bundan öncə də Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirmişdi ki, nüvə anlaşması və onun qorunması Rusiya üçün zərurət və dəyişilməz prinsipdir.