Moskvada "Suriyada quruculuq" sərgisi keçirilir
-
Moskvada "Suriyada quruculuq" sərgisi keçirilir
Moskvada suriyalı şirkətlərin dünya bazarlarına cəzb olunmlarına kömək, həmçinin bu ölkənin yenidən qurulması və çiçəklənməsinə iqtisadi yardım məqsədilə sərgi keçirilir.
Bu sərgidə müxtəlif sektorlara aid təqribən qırx şirkət iştirak edir.
Sərgi Suriyanın milli iqtisadiyyatının bərpası üçün bu ölkə ilə əməkdaşlıq məqsədilə Rusiyanın 9-cu "Halal Ekspo" sərgisinin kənarında keçirilir.
"Suriyada quruculuq" sərgisi nəhayət Rusiyada təşkil edildi. Toxuculuq, kimya sənayesi və yeyinti sənayesi sahələri üzrə qırxa yaxın şirkət bu sərgidə iştirak edir.
Sərginin keçirilməsi iki ölkənin iqtisadi-ticari əlaqələri prosesində diqqətəlayiq bir hadisədir və Suriyanın böhran səbəbindən dağılmasından sonra iqtisadi çiçəklənmə mərhələsinə daxil olması üçün bir simvol hesab olunur.
Suriyanın bu sərgidə iştirakı yeni marketinqdə mühüm bir təcrübə sayılır ki, ölkənin milli iqtisadiyyatına kömək edilmiş olsun.
Rusiyanın "Halal Ekspo" sərgisi doqquz il ərzində regional və beynəlxalq ticarət və halal məhsullar bazarının inkişafı üçün bir platforma sayılır və Rusiya bazarı bu il Suriya məhsullarının üzünə açılıbdır.
Suriyalı şirkətlər və zavodların Moskva sərgisindəki müxtəlif ixtisaslaşdırılmış bölmələrdə iştirakı Dəməşqin illlərlə böhrandan sonra öz iqtisadiyyatını bərpa etmək üzrə səylərini göstərir.