BAT: Sionist rejim silah cəhətdən boykot edilsin
https://azeri.sahartv.ir/news/dünya-i305726-bat_sionist_rejim_silah_cəhətdən_boykot_edilsin
Beynəlxal Amnistiya Təşkilatı dünən gecə Qəzzə zolağında keçirilən "Qayıdış haqqı" aksiyasında minlərlə fələstinlinin şəhid olması və yaralanmasına reaksiyada dünya ölkələrindən istəyibdir ki, sionist rejimə silah və hərbi təchizatların satışı barədə hərtərəfli sanksiyalar tətbiq etsinlər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 04, 2018 07:13 Asia/Baku
  • BAT: Sionist rejim silah cəhətdən boykot edilsin
    BAT: Sionist rejim silah cəhətdən boykot edilsin

Beynəlxal Amnistiya Təşkilatı dünən gecə Qəzzə zolağında keçirilən "Qayıdış haqqı" aksiyasında minlərlə fələstinlinin şəhid olması və yaralanmasına reaksiyada dünya ölkələrindən istəyibdir ki, sionist rejimə silah və hərbi təchizatların satışı barədə hərtərəfli sanksiyalar tətbiq etsinlər.

Beynəlxal Amnistiya Təşkilatının Yaxın Şərq və Afrikanın şimalı üzrə direktor müavini Macidə Elina Məğrebi bir bəyanatda belə qeyd edib: Son həftələrdə dünya sionist rejimin snayperləri və hərbçilərinin fələstinlilərin dinc aksiyalarına qarşı dəhşətli hücumlarının şahidi olub.

Dinc "Qayıdış haqqı" aksiyası "yer günü" münasibətilə martın otuzunda başlanıb və davam etməkdədir.

Martın otuzundan mayın dördünədək bu aksiyada sionist hərbçilərin atəşləri nəticəsində əlli fələstinli şəhid olub və yeddi mindən çox fələstinli də yaralanıbdır.

Bir çox ölkə, o sıradan İran, həmçinin beynəlxalq təşkilatlar sionistlərin bu cinayətlərini pisləyiblər.