Amerikanın nüvə anlaşmasından çıxması İranın məntiqi cavabı ilə üzləşəcək
-
Amerikanın nüvə anlaşmasından çıxması İranın məntiqi cavabı ilə üzləşəcək
"Atlantik" xəbər saytı vurğulayıb ki, Amerikanın nüvə anlaşmasından çıxması İranın qeyri-məntiqi cavabı ilə üzləşməyəcək, əksinə İran Amerikanın hərəkətinə məntiqli cavab verəcəkdir.
"Atlantik" xəbər saytı amerikalı rəsmilərə istinadla bildirib ki, Donald Tramp qəsdən nüvə anlaşmasını ləğv etmək istəyir, amma belə bir hərəkət İran tərəfindən nüvə silahının istehsalı kimi qeyri-məntiqi rəftarlara bais olmayacaqdır ki, beynəlxalq qınağa və ya onun təcrid olunmasına gətirib çıxarmış, yaxud da Amerika və İsrail rejiminin hücumuna zəmin yaratmış olsun.
Bu amerikan sayt bildirib ki, İran 2003-2014-cü illər arasında özünün sentrifuqa aparatlarının sayını bir neçə onluqdan təqribən 20 min aparatadək artırdı.
Sayt sonra yazıb: İran böyük ehtimala qarşı, Amerikanın nüvə anlaşmasından çıxmasına reaksiyada keçmişdə olduğu kimi, öz nüvə proqramını tədricən inkişaf etdirməyə çalışacaqdır.