Putin dördüncü dəfə prezidentlik andını içib
-
Putin dördüncü dəfə prezidentlik andını içib
Vladimir Putin dördüncü dəfə Rusiya prezidenti kimi daha altı üçün bu ölkənin əsas qanunu qarşısında and içib.
Putinin inauqurasiya mərasimi bu gün Kremldə keçirilib.
Putin bu mərasimdə and içib ki, Rusiya xalqına xidmət göstərəcək, onun hüquqları və azadlıqlarını, eləcə də ölkənin suverenliyini müdafiə edəcəkdir.
Putin deyib: Rusiya yeni problemlərlə üz-üzədir və bizim qarşımızda o qədər də asan olmayan tapşırıqlar durur, amma keçmişdə müvəffəq olduğumuz kimi, kollektiv əməl və birliklə bu problemləri də uğurla arxada qoyacağıq.
Rusiya prezident seçkiləri 2018-ci il martın 18-də 115 ölkədən 1500-dən çox xarici nəzarətçinin iştirakı ilə keçirildi və Vladimir Putin səkkiz namizəd arasından 76,69 faiz səs toplayaraq, dördüncü dəfə bu ölkənin prezidenti seçildi.
Putin bu seçkilərdə qalib gələrək, dördüncü dövr üçün altı il müddətinə Rusiya prezidenti oldu.
Rusiyanın əsas qanununa görə, Putin bu dövrün 2024-cü ildə başa çatmasından sonra növbəti dövrə namizəd olmaq icazəsinə malik deyil.