Almaniya XİN başçısı: Nüvə sazişini saxlamağa çalışırıq
Almaniya Xarici İşlər Naziri deyib: Fransa və Britaniya ilə birlikdə İranla əldə olunmuş nüvə razılaşmasını(Əhatəli Müştərək Təşəbbüs Proqramı) saxlamaq üçün bütün səylərimizi səfərbər edəcəyik.
RaşaTudey telekanalının verdiyi məlumata görə, Hayko Mas dünən gecə Berlində fransalı həmkarı Jan İo Loderyan ilə birgə mətbuat konfransında deyib: Almaniya və Fransa Britaniya ilə birlikdə həftələrdir ki, ciddi şəkildə və geniş surətdə İranla əldə olunmuş nüvə razılaşmasında qalmağı dəstəkləyirlər.
Almaniya XİN başçısı deyib: Ötən həftənin axırlarında bu barədə yaxşı təkliflər irəli sürdük ona görə ki, Avropa Birliyi və amerikalı ortağımızın mövqeləri biri birinə yaxınlaşsın.
Hayko Mas deyib: Biz keçmişdə olduğu kimi İranla nüvə razılaşmasının dünyanı daha təhlükəsiz etdiyinə inanırıq və bu razılaşmanın məğlubiyyətə uğraması vəziyyətin daha da gərginləşməsi ilə nəticələnəcək.