Rusiya ABŞ-ın nüvə sazişindən çıxmasının mənfi nəticələri barədə xəbərdarlıq edib
https://azeri.sahartv.ir/news/dünya-i306394-rusiya_abŞ_ın_nüvə_sazişindən_çıxmasının_mənfi_nəticələri_barədə_xəbərdarlıq_edib
Kreml sarayı Əhatəli Müştərək Təşəbbüs Proqramının(ƏMTP) qorunub saxlanılmasını faciəli sonluqdan çəkinməyin yeganə mümkün seçimi adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 08, 2018 12:44 Asia/Baku
  • Rusiya ABŞ-ın nüvə sazişindən çıxmasının mənfi nəticələri barədə xəbərdarlıq edib
    Rusiya ABŞ-ın nüvə sazişindən çıxmasının mənfi nəticələri barədə xəbərdarlıq edib

Kreml sarayı Əhatəli Müştərək Təşəbbüs Proqramının(ƏMTP) qorunub saxlanılmasını faciəli sonluqdan çəkinməyin yeganə mümkün seçimi adlandırıb.

Röytersin verdiyi məlumata görə, Kreml sözçüsü Dmitri Peskov bu gün deyib: ƏMTP-də dəyişiklik, faciəli sonluqla nəticələnə bilər. 

Dmitri Peskov deyib: Rusiyaya görə, İranla əldə olunan nüvə sazişinin qorunub saxlanılması hazırkı dəyərli vəziyyətin mühafizəsi üçün yeganə real seçimdir. 

Peskov Moskvanın Vaşinqtonun ƏMTP barədə mənfi qərar qəbul edəcəyi təqdirdə mümkün təşəbbüslərini analiz etmək niyyətindən xəbər verib. 

ABŞ prezidenti Donald Tramp İran ilə imzalanmış nüvə razılaşmasında qalıb-qalmaması barədə qərarını bu gün elan edəcək.