Rusiya: ƏMTP-dən çıxmaq Amerikanı etibarsızlaşdırdı
-
Rusiya: ƏMTP-dən çıxmaq Amerikanı etibarsızlaşdırdı
Rusiyanın Avropa Birliyindəki daimi nümayəndəsi bildirib ki, Amerika İranla nüvə sazişindən çıxmaqla özünü etibarsızlaşdırdı.
Almaniya telekanalının verdiyi məlumata görə, Rusiyanın AB-dəki nümayəndəsi Vladimir Çijov deyib: Amerikanın nüvə sazişindən çıxması bu ölkə üçün tarixi və ölümcül səhvdir.
Rusiyanın AB-dəki nümayəndəsi deyib: Amerika dövlətinin bu qərarı beynəlxalq öhdəliklərə arxa çevirməkdir və Amerikanın etibarsızlaşmasına səbəb oldu.
Vladimir Çijov deyib: Heç şübhəsiz ki, Rusiya Çin və Avropa ölkələri ilə birlikdə Əhatəli Müştərək Təşəbbüs Proqramının mühafizə və davam etdirilməsi uğrunda bütün səylərini həyata keçirəcək.
Vladimir Çijov deyib: Avropa ilə intensiv təmaslarda ƏMTP-nin qorunub-saxlanılması və davam etdirilməsinin müxtəlif yolları araşdırılır.
ABŞ prezidenti Donald Tramp dünən bu ölkənin nüvə sazişindən çıxmasına dair fərman verdi.
Amerikanın ƏMTP-dən çıxmasına rəğmən indiyədək müxtəlif ölkələr bu beynəlxalq razılaşmanı dəstəkləyiblər.